Rusiya və Belarus Asiya Oyunlarına dəvət edildi
26.01.2023 - 16:39

Rusiya və Belarus yığmaları Asiya Oyunlarında çıxış edə bilər.
Apasport.az saytı xəbər verir ki, Asiya Olimpiya Şurası bütün yarışlardan kənarlaşdırılan 2 ölkəni sentyabrın 23-dən oktyabrın 8-dək Çində keçiriləcək yarışda iştiraka dəvət edib.
Hələlik Rusiya və Belarusda Şuraya rəsmi cavab verilməyib.
Qeyd edək ki, 1951-ci ildən təşkil olunan və 4 ildən bir keçirilən Asiya Oyunlarında 23 yaşadək idmançılar mübarizə aparırlar.
0
0