“Milan”da 28 ildən sonra İLK
14.03.2023 - 15:37

İtaliya A seriyasının “Milan” – “Salernitana” (1:1) görüşü maraqlı məqamla yadda qalıb.
Apasport.az saytı xəbər verir ki, matçın start “11-liy”ində ev sahiblərinin heyətində yerli futbolçu meydana çıxmayıb.
Bu, 1994/95 mövsümündən sonra 28 ildə ilk dəfə baş verib.
Qeyd edək ki, “Milan” A seriyasında keçirdiyi 26 oyunda 48 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində yer alır.
0
0