
Maks Ferstappen “Formula-1”də növbəti qələbəsini qazanıb.
Apasport.az-ın məlumatına görə, “Red Bull” sürücüsü Belçika Qran-prisinin sprint yarışlarının qalibi olub.
Məşhur “Spa-Frankorşamp”dakı qələbə Ferstappenə çempionluq yolunda 8 xal qazandırıb. Növbəti yerləri “Maklaren”dən Oskar Piastri və “Alpin”dən Pyer Qasli tutublar. 2021-ci ildən keçirilən sprint yarışlarının 9 mərhələsindən beşi Maksın qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu uğurdan sonra niderlandlı pilot xallarının sayını 289-a yüksəldib. Onu hesabında 171 xal olan Serxio Peres (“Red Bull”) və 139 xalla Fernanda Alonso (“Aston Martin”) izləyirlər.
- Premyer Liqa: Qurban Qurbanov "Qarabağ"la 500-cü matça çıxıb
- “Sumqayıt” Velinovskini gətirmək istəyir
- ÇL: Hakim meydançada göz yaşlarına boğuldu
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - FOTOLENT
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”