Stenli kubokunu qalibi “Karolina”da
02.07.2023 - 16:34

NHL-də çıxış edən Dmitri Orlov “Karolina” ilə iki illik müqavilə imzalayıb.
Apasport.az-ın məlumatına görə, rusiyalı hokkeyçi sərbəst agent kimi komandaya qoşulub.
31 yaşlı müdafiəçi yeni klubunda illik 7,75 milyon dollar qazanacaq. O son mövsümün birinci hissəsini “Vaşinqton”da, ikinci hissəsini isə “Boston”da keçirib. Təcrübəli hokkeyçi “Karolina”da uğurlar qazanmaq arzusunu bildirib.
Qeyd edək ki, uzun müddət “Vaşinqton”da oynayan Dmitri 2018-ci ildə Stenli kubokunu qazanıb.
0
0