“Qarabağ” avrokubokda mübarizəni dayandırıb
17.11.2024 - 14:27

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu bu gün növbəti avrokubok oyununu keçirib
Apasport.az xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 3-cü mərhələsinin cavab matçına çıxıb.
“Qarabağ” Ukrayna təmsilçisi “Qaliçanka”nı qəbul edib. “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutan matç rəqibin üstünlüyü ilə keçib. Nəticədə "Qarabağ" 19:34 hesabı ilə uduzub.
Avropa kuboku
3-cü mərhələ, cavab oyunu
17 noyabr
12:00. “Qarabağ” (Azərbaycan) – “Qaliçanka” (Ukrayna) - 19:34 (6:14)
“Kür” Olimpiya İdman-Tədris Mərkəzi
İlk oyun – 20:33
0
0