
Qadın güləşinin əfsanəsi Mariya Stadnik növbəti Olimpiya medalı üçün Fransanın paytaxtına yollanıb. 5-ci dəfə Olimpiya Oyunlarında iştirak etməklə qadın güləşində və Azərbaycan idman tarixində rekorda imza atan güləşçimiz medal qazanmaq ənənəsini davam etdirməyə çalışacaq.
Apasport.az Mariya Stadnikin Olimpiya Oyunlarında qazandığı uğurları təqdim edir:
Güləşçimiz 2008-ci ildə Pekində bürünc, 2012-ci ildə Londonda gümüş, 2016-cı ildə Rioda gümüş, 2021-ci ildə Tokioda bürünc medal qazanıb.
Qeyd edək ki, Mariya Stadnik Yay Olimpiya Oyunlarında 50 kq çəki dərəcəsində mübarizə aparacaq.