"Arsenal" London derbisini qazandı
19.03.2023 - 20:15

İngiltərə Premyer Liqasında lider "Arsenal" növbəti 3 xalını qazanıb.
Apasport.az xəbər verir ki, "Arsenal" XXVIII tur çərçivəsində "Emireyts"də baş məşqçisiz qalan "Kristal Palas"la qarşılaşıb.
London derbisində qalib meydan sahibi "Arsenal" olub – 4:1.
Bununla da "Arsenal"la turnir cədvəlinin 2-cisi olan "Mançester Siti" arasındakı xal fərqi 8-ə qalxıb.
0
0