"Mançester Siti" növbəti mərhələdə
08.02.2025 - 19:56

İngiltərə Kubokunda IV mərhələnin oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün "Mançester Siti" meydana çıxıb.
Komanda səfərdə aşağı liqa təmsilçisi "Leyton Orient"in qonağı olub. 3 qolun vurulduğu matçda "şəhərlilər" qələbə qazanıb.
İngiltərə Kuboku
IV mərhələ
"Leyton Orient" - "Mançester Siti" 1:2
Qollar: Stefan Orteqa, 16-öz qapısına - Abdukodir Xusanov, 56, Kevin De Brüyne, 79
0
0