"Mançester Yunayted"də itki
22.02.2024 - 14:02

"Mançester Yunayted"in sol cinah müdafiəçisi Luk Şou zədələnib.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu fevralın 18-də baş tutan "Luton Taun"la matçın birinci hissəsinin sonunda əvəzlənib.
Klubun rəsmi açıqlamasından məlum olduğu kimi, Şou əzələ zədəsi səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq: “Zədənin ciddiliyini müəyyən etmək üçün əlavə müayinələr lazımdır. Lakin onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağını gözləyirik".
O, bu mövsüm Erik ten Haqın komandasında 15 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.
0
0