
Bu gün İngiltərə Premyer Liqasının 2022/23 mövsümünün sonuncu iştirakçısı bəlli olacaq.
Apasport.az saytının məlumatına görə, Çempionşipin pley-off mərhələsinin final oyunu “Uembli”də təşkil olunacaq.
Premyer Liqaya vəsiqə “Haddersfild” və “Nottinhem Forest”in görüşündə bəlli olacaq. Sonuncular yarımfinalda “Şeffild Yunayted”i (2:1, 1:2, p.3:2), “Haddersfild” isə “Luton”u (1:1, 1:0) üstələyib.
Nominal meydan sahibləri 2019-cu ildə Premyer Liqanı tərk edib. İngiltərənin ən köklü klublarından olan “Nottinhem Forest” isə 1999-cu ildə vidalaşdığı Premyer Liqaya 23 ildən sonra qayıtmaq əzmindədir.
Qeyd edək ki, Premyer Liqaya birbaşa iki vəsiqəni “Fulhem”lə “Bornmut” əldə edib.
⚽ 19:30. “Haddersfild” – “Nottinhem Forest”