
Bu gün İspaniya La Liqasında XXXVIII turun ilk iki oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçlarda “Rayo Valyekano” elitanı tərk edən “Levante”ni, çempion “Real” isə Avropa Liqasına vəsiqəni təmin edən “Betis”i qəbul edəcək.
Matçlar öncəsi komandaların heyətindəki itkilərlə tanış edirik:
“Real”
Oyunu buraxacaq: Luka Yoviç, Qaret Beyl, David Alaba
Qeyri-müəyyən - İsko
“Betis”
Oyunu buraxacaq: Klaudio Bravo, Viktor Kamarasa, Viktor Ruiz
Qeyri-müəyyən: Martin Montoya, Ektor Belyerin
“Rayo Valyekano”
Oyunu buraxacaq: İsi Palazon, Esteban Savelyiç, Martin Merkelans
Qeyri-müəyyən: Oskar Trexo
“Levante”
Oyunu buraxacaq: Karlos Klerk, Xorxe de Frutos, Aytor Fernandes
Qeyri-müəyyən: Şkodran Mustafi
Cəzalı: Roberto Soldado