"Real"dan gözlənilməz məğlubiyyət
05.02.2023 - 19:38

İspaniya La Liqasının XX turunda "Real" vacib xal itkisi ilə üzləşib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi səfərdə "Malyorka"ya 0:1 uduzub.
13-cü dəqiqədə Naço Fernandes öz qapısına qol vurub. 60-cı dəqiqədə isə Marko Asensyo penaltidən yararlana bilməyib.
Qeyd edək ki, bu matçda əzələsində zədə olan Əlcəzair əsilli fransalı hücumçu Kərim Benzema heyətdə yer almayıb.
0
0