1000-ci oyun
21.01.2023 - 16:02

“Liverpul”un baş məşqçisi Yurgen Klopp karyerasında 1000-ci oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, alman mütəxəssisin yubileyi “Çelsi” ilə matça təsadüf edəcək.
Premyer Liqanın XXI turunun ev görüşünə qədər Klopp 999 qarşılaşmada iş başında olub. O, karyerasına 2001-ci ilin fevralında “Mayns”da başlayıb. Klopp 2008-ci ildə Dortmund “Borussiya”sı, 2015-ci ildə “Liverpul”un “sükanı arxası”na keçib.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
0
0