“Barselona” Umtitidən canını qurtardı
30.06.2023 - 21:51

“Barselona” Samuel Umtiti ilə vidalaşıb.
Apasport.az-ın məlumatına görə, tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər.
Fransalı müdafiəçinin komanda ilə 2025/26 mövsümünün sonunadək müqaviləsi var idi. Son illər komandada möhkəmlənə bilməyən futbolçu icarə əsasında digər klublarda çıxış edib. Onun son iş yeri A seriyasında “Leççe” olub. Samuel 25 oyunda meydana çıxıb.
Qeyd edək ki, Umtiti 2016-cı ildə “Lion”dan transfer olunmuşdu.
0
0