47 qol - 46 illik rekord
09.11.2022 - 11:25

“Bavariya” klub tarixinin son 46 ilinin rekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi Bundesliqanın ilk 14 matçında 47 qol vurub.
Bu, “Verder”lə görüşdəki 6:1 hesablı qələbədən sonra mümkün olub. “Bavariya” sonuncu dəfə 1976/77 mövsümündə daha yüksək məhsuldarlıq göstərib. 46 il öncə komanda 14 matçda 48 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, növbəti oyununa noyabrın 12-də çıxacaq münhenlilər “Şalke” ilə görüşəcək.
0
0