Messi Ronaldoya yaxınlaşır
09.03.2023 - 11:01

Lionel Messi Çempionlar Liqasında daha bir uğura imza atıb.
Apasport.az saytı xəbər verir ki, PSJ-nin 35 yaşlı hücumçusu qitənin ən mötəbər klub turnirində 150-ci dəfə start heyətində meydana çıxıb.
Superulduz 1/8 final mərhələsinin “Bavariya” ilə cavab oyununda (0:2) iştirak edərək bu nəticəni göstərən üçüncü futbolçu olub.
Qeyd edək ki, rekord 178 oyuna ilk ”11-lik”də başlayan Kriştiano Ronaldoyo məxsusdur. İkinci yerin sahibi isə veteran qapıçı İker Kasilyasdır - 176 matç.
0
0