
Misli Premyer Liqasının XXXII turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, “Neftçi” ilə səfər oyunu (4:2) Ramil Şeydayevin Azərbaycan çempionatlarında 100-cü matçı olub.
27 yaşlı hücumçu bu qarşılaşmalarda 33 qol vurub. O, Premyer Liqada iki klubda – “Qarabağ” (72 oyun, 27 qol) və “Sabah”da (28 oyun, 6 qol) forma geyinib.
“Neftçi” ilə matç Rahil Məmmədovun Azərbaycan çempionatında 100-cü oyunu olub. 28 yaşlı müdafiəçinin hesabında 1 qol var. O, “Neftçi” (32 oyun), “Səbail” (13 oyun), “Qarabağ” (48 oyun, 1 qol) və “Zirə”nin (7 oyun) formasını geyinib.
Kevin Medina 100-cü dəfə “Qarabağ” forması ilə meydana çıxıb. 30 yaşlı kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. O, Premyer Liqada 63 (1 qol), kubokda 8, avrokuboklarda 29 (1 qol) dəfə meydana çıxıb.
- İbrahima Vadji “Sent-Etyenn”də nə vaxt debüt edəcək?
- "Mançester Siti" Braziliyadan futbolçu transfer edir
- Ramin Musayev: “Şəxsi biznesimlə məşğulam, futbolla qurtardım”
- Albaniya millisinin baş məşqçisi: "Azərbaycanla oyun bizim üçün çox vacib və dəyərlidir"
- Boks federasiyası əcnəbi hakimlərə sertifikat təqdim edib - foto