Bəhreyndə 2 taekvondoçumuz medal qazanıb
28.10.2024 - 20:28

Bəhreyndə keçirilən Gimnaziadada taekvondo yarışlarına start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan komandası ilk gündə 2 medal qazanıb.
Elcan Əliyev (78 kq) finala kimi məğlubiyyətsiz irəliləyib. Həlledici görüşdə uduzan idmançımız gümüşə yiyələnib. Seyidxanım Məmmədova (52 kq) isə mübarizəni yarımfinalda dayandırıb. O, bürünc medala sahib olub
0
0