Avropa Kuboku: “Azərreyl” 1/4 finalda Türkiyə təmsilçisi ilə qarşılaşacaq
12.10.2024 - 17:49

Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda “Azərreyl”in qadınlardan ibarət komandasının növbəti rəqibi dəqiqləşib.
Apasport.az xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində “TVF Spor Lisesi Ihtisas” kollektivi ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma bu gün gerçəkləşəcək. Matçlar Bakı vaxtı ilə saat 15:15-də və 16:00-da start götürəcək.
Qeyd edək ki, “Azərreyl” daha əvvəl Avstriyanın “Bergstrand Beachvolleyball” və Sloveniyanın “BVC Ludus” klublarını məğlub edib.
0
0