Azərbaycan çempionatında növbəti oyun keçiriləcək
14.02.2024 - 10:18

Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında daha bir qarşılaşma baş tutacaq.
Apasport.az xəbər verir ki, günün yeganə matçı GİN-in Voleybol Mərkəzində keçiriləcək.
“Abşeron” “Milli Aviasiya Akademiyası”nı sınağa çəkəcək. Mükafatlar uğrunda mübarizə aparan nominal meydan sahibləri “tələbələr”lə qarşılaşmanın favoritidirlər.
Qeyd edək ki, Yüksək Liqada növbəti oyun fevralın 17-də keçiriləcək.
Yüksək Liqa (qadınlar)
14 fevral
15:00. “Milli Aviasiya Akademiyası” - “Abşeron”
GİN-in Voleybol Mərkəz
0
0