Azərbaycanlı hücumçu Çin klubu ilə müqavilə imzaladı
28.12.2022 - 10:28

Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək.
O, “Şenzen Jonqsay”la müqavilə imzalayıb. Odina 2022/23 mövsümünün sonunadək bu klubda çıxış edəcək.
Voleybolçumuz mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib.
Qeyd edək ki, 2015/16 mövsümündə “Azərreyl”də çıxış edən Əliyeva həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.
0
0