
"Azərreyl" klubu çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
Apasport.az xəbər verir ki, qaydalara əsasən, hər yarış iştirakçısı 2 komanda və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər.
Qrup birinciləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər.
2023-cü ildə ilk dəfə Türkiyədə keçirilən Avropa Kubokunda ölkəmizi təmsil edən “Murov Az Terminal” klubunun kişi komandası çempion olub.
Qeyd edək ki, oktyabrın 10-dan 13-nə qədər keçiriləcək Avropa Kubokuna Fransanın Monpelye şəhəri ev sahibliyi edəcək.