
Luçano Spaletti “Napoli”dən ayrılmaq istəyir.
Apasport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis A seriyasında "İnter" üzərində qələbədən (3:1) sonra mətbuat konfransında mümkün gedişinə münasibət bildirib.
64 yaşlı məşqçinin sözlərinə görə, səhərdən axşama kimi işləyəndə bəzi fikirlər yaranır: “Bu insanlara layiq olan hər şeyi verə biləcəyinizə əmin deyilsinizsə, bu barədə düşünmək lazımdır. Hər şeyi götür-qoy edib bir nəticəyə gəlməliyəm. Yəqin ki yaxın günlərdə son qərarımı açıqlayacam”.
Qeyd edək ki, 2021-ci ildən “Napoli”nin baş məşqçisi olan Spalettinin komanda ilə 2024-cü ilin yayına kimi müqaviləsi var.