"Filenin sultanları" yarımfinalda
06.08.2024 - 13:23

Paris-2024 Yay Olimpiya Oyunlarında voleybol yarışları davam edir.
Apasport.az xəbər verir ki, Türkiyə bu gün 1/4 final mərhələsi çərçivəsində Çin yığması ilə qarşılaşıb.
Rəqibini 3:2 (23:25, 25:21, 26:24, 21:25, 15:12) hesabı ilə məğlub edən "filenin sultanları" Olimpiadanın yarımfinalına vəsiqə qazanıb.
Bu, Türkiyə voleybol komandasının Olimpiya Oyunları tarixində ilkdir.
Qeyd edək ki, voleybol yarışlarının yarımfinal mərhələsi avqustun 8-də keçiriləcək.
0
0