Millimiz bu gün son oyununa çıxacaq
01.06.2024 - 10:01

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, yığma Lüksemburqla qarşılaşacaq.
Estoniyada baş tutacaq görüş saat 17.00-da başlayacaq.
Qeyd edək ki, kişi voleybolçularımız buna qədər beş oyun keçirib. Komanda Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya və Estoniyaya 0:3 hesabı ilə məğlub olub. Keçirdiyi görüşlərdən xalsız ayrılan milli hazırda 12 komanda arasında sonuncudur. Yarışın reqlamentinə əsasən, ən yaxşı dörd komanda “dördlər finalı”na yüksələcək.
0
0