Millimiz EEVZA çempionatında mübarizəni başa vurub
30.11.2024 - 15:48

Azərbaycanın 16 yaşadək oğlan voleybolçulardan ibarət millisi Estoniyada təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında mübarizəni başa vurub.
Apasport.az xəbər verir ki, komanda bu gün 5-ci yer uğrunda keçirilən oyunda A qrupunun üçüncüsü olan Gürcüstan yığması ilə qarşılaşıb.
Görüş rəqibin 3:0 (15:25, 16:25, 12:25) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Estoniyada təşkil olunan yarışda B qrupunda yer alan U-16 Latviyaya və təşkilatçı ölkənin təmsilçilərinə də 0:3 hesabı ilə məğlub olmuşdu.
0
0