“Neftçi” 3-cü yerə sahib çıxdı
20.04.2024 - 20:28

Kişi voleybolçular arasında Azərbaycan çempionatında bürünc medal qazanan komanda bəlli olub.
Apasport.az xəbər verir ki, “Neftçi” mükafata sahib çıxıb.
“Ağ-qaralar” üçüncü yer uğrunda görüşdə MOİK-ə qalib gəlib – 3:0 (25:11, 25:15, 25:13).
Final qarşılaşması aprelin 22-də təşkil olunacaq. Həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” qarşılaşacaq.
0
0