“Neftçi” yarımfinalın ilk oyununda məğlub oldu
16.04.2024 - 18:00

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Apasport.az xəbər verir ki, “Murov Az Terminal” və “Neftçi” ilə qarşılaşıb. Matç "Neftçi"nin 3:0 (27:25, 25:19, 25:18) hesablı məğlubiyyəti ilə başa çatıb.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub. Komandalar arasında cavab matçı aprelin 18-də baş tutacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda “Azərreyl” MOİK-ə qalib gəlib – 3:0.
0
0