Paris-2024: Türkiyə İtaliyaya məğlub oldu
04.08.2024 - 12:39

Paris Olimpiadasında iştirak edən voleybol üzrə Türkiyə millisi C qrupunda növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, İtaliya yığması ilə qarşılaşan türklər Parisdə ilk dəfə məğlub olub.
"South Paris Arena"da keçirilən matç italyanların 3:0 (25:14, 25:16, 25:21) qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Türkiyə bundan əvvəl Hollandiya və Dominikan Respublikasının komandalarını məğlub etməyi bacarmışdı.
0
0