
Kişi voleybolçular arasında Yüksək Liqada III tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun ikinci oyun günündə 2 matç keçirilib.
“Xilasedici” “Azərreyl”lə qarşılaşıb. Birincilər görüşdən qələbə ilə ayrılıblar.
“Gənclər” isə “Murov Az Terminal”ı qəbul edib. Görüş qonaqların qalibiyyəti ilə nəticələnib.
Qeyd edək ki, turun ilk günündə “Neftçi” MOİK-ə 3:0 (25:12, 25:19, 25:18) hesabı ilə qalib gəlib.
Yüksək Liqa (kişilər)
III tur
18 dekabr
15:00. “Xilasedici” - “Azərreyl” - 3:1 (19:25, 25:23, 25:18, 26:24)
FHN-in idman zalı
16:00. “Gənclər” - “Murov Az Terminal” - 0:3 (14:25, 14:25, 13:25)
Sumqayıt OİK