3 ay futbol oynamayacaq - SƏBƏB
19.12.2022 - 17:27

İspaniyanın “Sevilya” klubunun zədələnən braziliyalı müdafiəçisi Markaonun durumuna aydınlıq gəlib.
Apasport.az saytı xəbər verir ki, əməliyyat olunan futbolçu ilə bağlı həkimlər qərarını açıqlayıblar.
Xroniki zədədən əziyyət çəkən Markaonun 3 ay yaşıl meydanlara çıxmayacağı bildirilib.
Qeyd edək ki, mövsümün əvvəlində 15 milyon avroya Türkiyə “Qalatasaray”ından transfer olunan Marcao 7 oyunda “Sevilya”nın formasını geyinib.
0
0