3-cü dəfə eyni klubun baş məşqçisi təyin olundu
30.06.2022 - 13:31

“Atletik”in yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Bilbao təmsilçisi Ernesto Valverdeni bu posta gətirdiyini açıqlayıb.
Ancaq 58 yaşlı ispaniyalı ilə müqavilənin müddəti barədə məlumat verilməyib. Bununla Valverde 3-cü dəfə “Atletik”i çalışdırmaq imkanı əldə edib. O, 2003-2005 və 2013-2017-ci illərdə də La Liqa təmsilçisinin sükanı arxasında olub. Valverde “Atletik”i ən çox oyuna çıxaran baş məşqçi rekorduna da sahibdir (306 görüş).
Qeyd edək ki, Ernesto Valverde 1990-1996-cı illərdə futbolçu kimi “Atletik”in formasını geyinib.
- Vüqar Nadirov: “Heç bir rəqibə yuxarıdan aşağı baxmamalısan” - Müsahibə
- "Neftçi"nin keçmiş baş məşqçisinin yeni ünvanı rəsmiləşdi
- "Fənərbaxça"nın futbolçusu əməliyyat olundu
- "Tottenhem"ə qarşı oynamış sabiq "Qarabağ"lı: "O gündən bu günə çox şey dəyişib"
- Tahir Gözel: “Bu yolda heç nə bizi dayandıra bilməz"
0
0