4 qat Fransa çempionu vəfat edib
09.11.2024 - 10:44

Liqa 1 təmsilçilərindən “Sent-Etyen” klubunun sabiq futbolçusu Raşid Meklufi vəfat edib.
Apasport.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 88 yaşında dünyasını dəyişib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Raşid “Sent-Etyen” tarixinin ən çox qol vuran ikinci oyunçusu idi. Mərhum komandada 152 qola imza atmışdı.
Raşid eyni zamanda 4 dəfə Fransa çempionu olub.
0
0