Alaba yenə zədələndi
04.02.2025 - 17:02

İspaniyanın “Real Madrid” klubunun futbolçusu David Alaba zədələnib.
Apasport.az xəbər verir ki, avstriyalı müdafiəçinin tibbi müayinə zamanı sol bud əzələsində zədə aşkarlanıb.
32 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, Alaba 2023-cü il dekabrın 18-də çarpaz bağlarından zədə almışdı. O, bu səbəbdən bir ildən çox meydana çıxa bilməyib.
- Ancelkoviç: “Neftçi” böyük klubdur, Bakıda komandada oynayacağımı zaman göstərəcək” - MÜSAHİBƏ
- “Qarabağ” Avropada irəlilədi: “Fənərbaxça”nı geridə qoydu
- “Liverpul” “Fulhem”in müdafiəçisi ilə maraqlanır
- AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib
- Neymar yenə zədələndi
0
0