"Almeriya"dan antirekord
13.02.2024 - 10:58

İspaniya çempionatının 24-cü turuna "Almeriya" - "Atletik" matçı ilə yekun vurulub.
Apasport.az xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Beləliklə, "Almeriya" İspaniya çempionatının antirekordunu təkrarlayıb. Komanda ötən mövsümü də nəzərə alsaq, ardıcıl 27-ci matçda qalib gələ bilməyib.
Qeyd edək ki, İspaniya çempionatının növbəti turunda "Almeriya" "Qranada" ilə mübarizə aparacaq.
0
0