Ardıcıl 4-cü dəfə ilin futbolçusu seçildi
29.12.2023 - 15:31

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ilin ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, Gürcüstanda 2023-cü ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Gürcüstan millisində çıxış edən 22 yaşlı yarımmüdafiəçi ardıcıl 4-cü dəfə ilin futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, futbolçunun "Napoli" ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
0
0