Cavid Hüseynov ondan imtina etdi, qapıçı təzminat istəyir
26.06.2022 - 11:51

“Şamaxı”nın yeni baş məşqçisi Cavid Hüseynov gözlənilməz addım atıb.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, gənc mütəxəssis müqavilə müddətini 1 il uzadan Stanislav Namaşkonun xidmətindən imtina edib.
Son üç mövsümü burada keçirən qapıçıya bu barədə xəbərdarlıq olunub. Amma Moldova yığmasının kiperi anlaşmanın qarşılıqlı razılıq əsasında pozulmasına razılaşmır və təzminat istəyir.
0
0