Argentina klubunda istefa
02.10.2024 - 11:36

Argentina təmsilçilərindən "Boka Xuniors"un baş məşqçisi Dieqo Martinez istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssis ardıcıl 3 məğlubiyyətdən sonra istefa verib.
Qeyd edək ki, 16 turdan sonra "Boka Xuniors" 21 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
0
0