“Şalke”də yeni müqavilə
13.06.2022 - 01:08

Almaniyanın “Şalke” klubu Sidi Sane ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu Helzenkirhen təmsilçisinin mətbuat xidməti açıqlayıb.
19 yaşlı hücumçu ilə yeni müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Sidi Almaniya millisinin vingeri Leroy Sanenin qardaşıdır.
Qeyd edək ki, ötən mövsüm ikinci Bundesliqanın qalibi olan “Şalke” yüksək dəstəyə qayıdıb.
0
0