"Arsenal" kapitanı ilə müqaviləni uzadır
14.09.2023 - 17:44

"Arsenal" kapitanı ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytı xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Martin Odeqard “topçular”ın təklifinə müsbət cavab verib.
Norveç millisinin də şərəfini qoruyan oyunçunun yeni razılaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmanın maliyyə şərtləri hələlik açıqlanmayıb. Tərəflər bütün əsas məsələləri həll ediblər. Yaxın günlərdə əməkdaşlığın uzadılması rəsmiləşəcək.
Qeyd edək ki, 2021-ci ildən “Arsenal” forması geyinən Odeqard yeni mövsümdə 5 matçda meydana çıxaraq 2 qol vurub.
0
0