"Arsenal"dan darmadağın - VİDEO
25.02.2024 - 10:41

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, "Arsenal" doğma meydanda "Nyukasl"ı qəbul edib. Qarşılaşma London təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 58-ə yüksəldən "Arsenal" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 37 xalı olan "Nyukasl" isə 7-ci yerdədir.
"Arsenal" - "Nyukasl" 4:1
Qollar: Botman (avtoqol), Haverts, 24, Saka, 65, Kivior, 69 - Uillok, 84
0
0