“Arsenal”ın müdafiəçisi A seriyasında
10.08.2022 - 15:47

“Arsenal”ın futbolçusu Pablo Mari karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi “Montsa”ya icarəyə verilib.
İspaniyalı futbolçunun icarə müddəti 2022/23 mövsümünü əhatə edir. Lakin Mari A seriyasında qala da bilər.
Müdafiəçinin İtaliyadakı taleyi komandasının nəticələrindən asılı olacaq. Əgər “Montsa” A seriyasında qalsa, futbolçunu almaq hüququ əldə edəcək.
Qeyd edək ki, Pablo ötən mövsümün ikinci yarısında da İtaliyada icarədə olub. O, “Udineze”nin formasını geyinib.
0
0