“Aston Villa” milli üzvünü satdı
01.07.2022 - 16:25

“Aston Villa” xorvatiyalı qapıçısı Lovre Kaliniçi satıb.
Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubundan ayrılan qolkiper yetirməsi olduğu “Hayduk”a qayıdıb.
Xorvatiya millisinin heyətində DÇ-2018-in gümüş mükafatçısı olan 32 yaşlı Kaliniç sevimli komandası ilə 3 illik müqavilə imzalayıb. O, ötən mövsümü də icarə əsasında Split təmsilçisində keçirib.
Qeyd edək ki, Lovre Kaliniç 2021/22 mövsümündə Xorvatiya klubunun heyətində 35 oyunda 31 qol buraxıb.
0
0