“Aston Villa”da yeni müqavilə imzalanıb
28.05.2024 - 22:45

Unai Emeri 2029-cu ilə qədər "Aston Villa"nın baş məşqçisi vəzifəsində çalışacaq.
Apasport.az xəbər verir ki, klub bir ay ərzində ispan çalışdırıcı ilə müqaviləni ikinci dəfə uzadıb - əvvəlki sözləşmə 2027-ci ilə qədər qüvvədə idi.
Emeri 2022-ci ilin oktyabrında “Aston Villa”ya çalışdırıcı təyin olunub və komandanı İngiltərə çempionatında 17-dən 7-ci yerə çıxarıb.
Ötən mövsüm Emeri ilə birlikdə “Aston Villa” Premyer Liqada 4-cü yeri tutub və tarixdə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.
- Yığmamızın futbolçusu: “İnanıram ki, Şimali İrlandiyaya qalib gələcəyik” - MÜSAHİBƏ
- “Qarabağ” reytinqdə geriləyib
- Avarçəkənimiz “Prezident Kuboku 2024”-də qızıl medal qazanıb
- Türkiyə AVRO-2028 və ya AVRO-2032-yə namizədliyini UEFA-ya göndərdi
- Azərbaycan çempionatında pley-off matçlarının püşkü atılıb
0
0