Türkiyə AVRO-2028 və ya AVRO-2032-yə namizədliyini UEFA-ya göndərdi
17.11.2022 - 09:21

Türkiyə Avropa çempionatına ev sahibliyi etmək qərarına gəlib.
Apasport.az saytının məlumatına görə, qardaş ölkə AVRO-2028 və ya AVRO-2032-nin təşkilatçılığını etməyə hazırdır.
Türkiyə Futbol Federasiyası bununla bağlı rəsmi namizədliyini UEFA-ya göndərib. Türkiyədən əvvəl isə İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels AVRO-2028, İtaliya isə AVRO-2032 üçün UEFA-ya müraciət edib.
Qeyd edək ki, son təklif tarixi 2023-cü ilin aprelin 12-dir. Gələn il bu turnirlərə ev sahibliyi edəcək ölkələrin açıqlanması gözlənilir.
0
0