“Atalanta” futbolçusunu icarəyə verdi
08.08.2022 - 23:09

“Atalanta”nın futbolçusu Sem Lammers klubunu dəyişib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Empoli”yə keçib.
O, bir illik icarəyə verilib. 25 yaşlı niderlandlı 2022/23 mövsümündə yeni klubunda çıxış edəcək.
Lammers ötən mövsüm “Ayntraxt”da icarədə olub. Almaniya klubunda 22 matça çıxan futbolçu 2 qol vurub.
0
0