“Atletiko”dan Premyer Liqaya
27.08.2022 - 15:44

“Atletiko”nun futbolçusu Renan Lodi İngiltərədən təklif alıb.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Nottinhem Forest”ə keçməyə yaxındır.
Premyer Liqa klubu onu icarəyə götürmək fikrindədir. Birminhemlilər bunun üçün 5 milyon avro ödəməyə razıdır. İcarə müqaviləsində oyunçunun sonradan 30 milyon avroya transfer olunmaq variantı da yer alacaq.
Qeyd edək ki, Lodi ötən mövsüm 42 oyun keçirib.
0
0