AVRO-2024-ə vəsiqə qazandı: amma istefa verdi
21.11.2023 - 16:51

Yaroslav Şilqavi Çexiya millisinin baş məşqçisi postundan istefa verib.
Apasport.az saytı xəbər verir ki, mütəxəssis komandası AVRO-2024-ün finalına vəsiqə qazandıqdan sonra bu addımı atıb.
Şilqavi çempionatın seçmə mərhələsinin son turunun Moldova ilə (3:0) matçından sonra keçirilən mətbuat konfransına qatılıb. İstefa qərarını jurnalistlər önündə açıqlayan 62 yaşlı mütəxəssis yığmaya finallarda uğurlar arzulayıb.
Qeyd edək ki, qrupunda keçirdiyi 8 oyunda 15 xal toplayan çexlər eyni xala malik Albaniya millisindən yalnız top fərqinə görə geri qalaraq ikinci yeri tutub.
0
0