Gənc müdafiəçi Almaniya klubunda
12.01.2024 - 16:40

Dortmund “Borussiya”sı heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Çelsi"nin müdafiəçisi Yan Matseni icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı açıqlama verib. 21 yaşlı hollandiyalı ilə icarə müqaviləsi 2023/24 mövsümünün sonuna kimi nəzərdə tutulub. Futbolçunun icarəyə götürülməzdən əvvəl "Çelsi" ilə yeni müqavilə imzaladığı bildirilirdi.
Qeyd edək ki, Matsen bu mövsüm 15 oyun keçirib.
0
0