AVRO-2028 və AVRO-2032-yə namizədlər rəsmiləşdi
12.04.2023 - 17:39

AVRO-2028 və AVRO-2032-yə ev sahibliyi etməyə namizədlərin yekun siyahısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
2028-ci ildəki yarışa iki sifariş qəbul olunub. Bunlardan biri Türkiyə, digəri Böyük Britaniya və İrlandiyadır. Bu sifariş 5 ölkəni – İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyanı əhatə edir.
Türkiyə həm də AVRO-2032-yə sifariş verib. Bu turnirə digər namizəd İtaliyadır.
Qeyd edək ki, AVRO-2024 Almaniyada təşkil olunacaq.
0
0